Ru
00:37 / 21 Fevral 2019

Yanukoviçdən Poroşenkoya açıq məktub

2018
 

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç açıq məktubla həmyerlilərinə müraciət edib.

 

BakuPost xəbər verir ki, sözügedən məktub Yanukoviçin oğlu Aleksandr Yuri Kirasirin mətbuat katibinin Feysbuk səhifəsində paylaşılıb.



Ukraynalılara ünvanlanan açıq məktubda ölkə hakimiyyəti sərt tənqid edilib və hazırki prezident Pyotr Poroşenko Haaqa tribunalı ilə hədələnib.



Yanukoviç qeyd edib ki, Poroşenkonun hakimiyyətdə olduğu 5 il ərzində ukraynalılar arasında nifrət təşviq edilib və din azadlığına ciddi zərbə dəyib:



"İqtidar hakimiyyətini qorumaq üçün hər şeyə gedəcək – saxtakarlıq, yalan, rüşvət, zorakılıq... Amma bunun sonu layiqli mühakimə ilə bitəcək. Ukrayna xalq tribunalı və Haaqa tribunalı hər şeyi öz adı ilə çağırır”.

 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər