Ru
12:10 / 19 Oktyabr 2017

Yemək yeyən əmisi oğlunu söyüş üstündə öldürdü - Bıçaqlayıb, peşman olub...

1181
Bakıda qətl törədilib.

 

BakuPost.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Türkan qəsəbəsində Şəki rayon sakini, 1981-ci il təvəllüdlü İsgəndərov Rəşad Aslan oğlu əmisi oğlu, 1988-ci ildə anadan olmuş İsgəndərov Pərviz Məzahir oğlunu bıçaqlayaraq öldürüb.

 


Məlum olub ki, Xəzər rayonu Türkan qəsəbəsində Şəki rayon sakini, 1981-ci il təvəllüdlü İsgəndərov Rəşad Aslan oğlu əmisi oğlu, 1988-ci il təvəllüdlü İsgəndərov Pərviz Məzahir oğlunu söyüş üstündə öldürüb.

 

Əmioğlular Şəki rayon sakinidir və Türkan qəsəbəsində usta işlədikləri evin bir otağında müvəqqəti qalırlarmış. Dünən nahar vaxtı onlar arasında münaqişə yaranıb və bu zaman Pərviz özündən 7 yaş böyük olan əmisi oğlunu söyüb. Əsəblərinə hakim ola bilməyən Rəşad İsgəndərov bıçaqla Pərvizə bir zərbə vurub. Zərbə 29 yaşlı oğlanın ürəyinə tuş gəlib və o, hadisə yerində ölüb.

 

Əmisi oğlunu bıçaqlayandan sonra Rəşad İsgəndərov yaxınlıqdakı şəxsləri köməyə çağırıb, təcili tibbi yardıma müraciət edib. Lakin artıq gec olub.

 

R.İsgəndərov tutulub.

 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər