Yeni başçı baş məsləhətçini işdən çıxardı

2476
Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xanım Allahverdi qızı Əliyeva vəzifəsindən azad edilib.

BakuPost-un "Report"a istinadən məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyətinin yeni başçısı Vaqif Həsənov bununla bağlı əmr imzalayıb. 

Həmin vəzifəyə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Ağdam Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Qədirov işdən çıxarılıb və bu vəzifəyə də hələlik təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin avqustun 28-də imzaladığı sərəncamla Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər