Ru
16:32 / 23 Noyabr 2017

“Uşağa 45, buzova isə 140 manat...”

2260
"Bu gün uşağa verilən birdəfəlik müavinət 45 manat olduğu halda bir buzova görə verilən subsidiya 140 manatdır”.


BakuPost.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələri zamanı deyib.


Onun sözlərinə görə, burada həmkarı Qüdrət Həsənquliyev uşaqların boyunun azalması, Avropda isə artımı ilə bağlı məsələni gündəmə gətirib:


"Bu məsələ dəfələrlə qaldırlıb. Xüsusən də yeni doğulan uşaqlara birdəfəlik verilən müavinətin artırılması məsələsi təklif edilib. Lakin nəticəsi olmayıb. Uşaqların boyunun aşağı olmasını belə müqayisə etmək olar. Yeni doğulan uşağa görə birdəfəlik 45 manata müavinət verildiyi halda, bir buzova görə 140 manat subsidiya verilir. Elə hər şeyi bundan görmək olar. Odur ki, bu məsələlərə baxış fəlsəfəsi dəyişməlidir. Nə qədər ki, yeni doğulan uşaqlara baxış fəlsəfəsi dəyişməyib ciddi problemlərin şahidi olacağıq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər