Ru
14:42 / 23 Yanvar 2019

- Novruz Məmmədov 3 nazirliyə tapşırıq verdi Yeni Dövlət Agentliyi yaradılır

4018
 


Azərbaycanda yeni dövlət agentliyi yaradılacaq. 


BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı "İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” fərmanda əksini tapıb. 


Baş nazir Novruz Məmmədov fərmanın icrası ilə bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin  nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Eyni zamanda Agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər