Yeni qaydalar təsdiqləndi - İpoteka krediti verilməsi asanlaşır/VİDEO

Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar ipoteka kreditlərindən istifadəni asanlaşdıracaq. Söhbət dövlət banklarının daxili ipotekasından gedir.
 
BakuPost.az  "Xəzər xəbər"ə istinadən xəbər verir ki, dövlət bankları daxili ipoteka kreditlərini yeni qaydalarla verəcəklər. Nazirlər Kabineti, "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabina ipoteka kreditlərinin verilməsi Qaydası"nı təsdiq edib.
 
Yeni qaydalar adi və sosial ipoteka kreditlərinə deyil, bankların özləri tərəfindən verilən daxili ipoteka kreditlərinə şamil edilir. Qaydalar bir sıra vacib məsələləri özüdə ehtiva edir. İlk növbədə kredit faizləri aşağı salınacaq.
 
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, dövlət banklarında ipoteka kreditinə ayrılan vəsait artırılacaq. Bu da daha çox vətəndaşa kredit əldə etmək imkanı verəcək. Hazırda ipoteka kreditləri müəyyən limit çərçivəsində təqdim edilir
 
Bundan əlavə kredit götürərkən ilkin ödəniş məbləği azaldılacaq.
 
Görünən odur ki, sözügedən qərar vətəndaşların ipoteka əldə etmək imkanlarını yaxşılaşdıracaq. Qaydaların tam təfərrüatları yaxın müddətdə məlum olacaq.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

17 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər