Ru
13:43 / 20 Noyabr 2017

Yeni yaradılan dövlət qurumunda maaşlar nə qədər olacaq?

1044
Nazirlər Kabineti Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə qərar qəbul edib.


BakuPost.az xəbər verir ki, Baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı qərarla, Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddi 15 vahid müəyyən edilib.


Mənəvi Dəyərlərin Təbliği Fondunda İcraçı direktor 1150 manat, icraçı direktorun müavini 895 manat, şöbə müdiri, baş mühasib 590 manat, baş məsləhətçi 410 manat, aparıcı məsləhətçi 390 manat, məsləhətçi 380 manat, kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis 200 manat, Sürücü 220 manat, Xadimə isə 155 manat maaş alacaq.
Yeni yaradılan dövlət qurumunda maaşlar nə qədər olacaq?
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər