Ru
22:17 / 16 Noyabr 2018

Yerin təkindən istifadə qaydalarını pozanların cəriməsi ARTIRILDI

3794
Yerin təkindən istifadə qaydalarının pozulmasına görə cərimələrin miqdarı artırılıb. 


BakuPost-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı bu gün "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib. 


İndiyə qədər yerin təkindən istifadə qaydalarının pozulmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilib.


Dəyişikliyə əsasən bundan sonra bu halda fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə ediləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər