Ru
12:07 / 23 Fevral 2019

- İstanbuldan FOTOREPORTAJ Yerlə uçan qağayı şəhər

7337
 

Azər Kazımlı



Azərbaycanlıların ən çox səfər etdikləri şəhərlərdən bəlkə də birincisinin İstanbul olduğunu desəm, yəqin yanılmaram. İstanbulda dəfələrlə olmuş dostlarım tərəfindən bu şəhər haqqında müxtəlif hekayələrin dinləyicisi olmuşam. Bu hekayələrin hamısında sevgi, gözəllik, ehtiras, tarix, nostalji ön planda olub. 


İstanbulun güclü cazibəsi var. O cazibə adamı televiziya və internet üzərindən belə, adamı özünə çəkir. Mən İstanbula getmədən bu şəhərin heyranı olmuşdum. 

 


Heyranlığın qanadında Atatürk hava Limanında təyyarədən endim. Məşhur Taksim meydanına gedən yol boyu  sıralanan qədim küçələr, qala divarları, onların fonunda ara-sıra gözə dəyən müasir tikililər diqqətimi çəkdi. Küçələrin tarixini evlərin, ağacların görünüşündən oxumaq olur. Adam baxdıqca içində yoxa çıxır, başqa bir dünyaya – keçmişə düşür. 


Şəhərin qəribə sıxlığı var. Sıxlıqdan qədimlik, onunla ahəng olmayan yenilik boylansa da, insan qəribə auraya düşür. İstanbul öz ruhu olan şəhərdir, həmin ruh adamın beyninə və ürəyinə hökm kəsilir. 

 


Şəhərin xüsusi ətri var. Görünür, bu da insanları ona bağlayan səbəblərdəndir. Təbiət şəhərlə vəhdətdədir. Havası İstanbulun ruhuna oxşayır. İstanbul öz təbiətinin ruhunu oxşayır. Dar küçələrin cığırları ilə yürüyərkən özünü təbiətdə, xüsusilə də enişli-yoxuşlu olduğundan dağda yürüyürmüş kimi hiss etməyə başlayırsan ki, küçəyə daxil olan motosiklet, yaxud avtomobil səni bu mistik ab-havadan uzaqlaşdırır.

 

Küçələrin əsrarəngiz enerjisinə yamaq olan avtomobillər adamı diksindirir, psixikaya mənfi təsir edir. Məşhur İstiqlal küçəsindəki siqnal səsləri hər kəsin ovqatını təlıx edəcək haraydadır. 

 

Ani olaraq təəssüratlarımı iki yerə bölürəm: bəyəndiklərim və bəyənmədiklərim. 


Bəyəndiklərim: Dar küçələr və bu küçələrin kəskin eniş-yoxuşu. Qədim evlərin olduğu kimi qorunub saxlanılması, yaşıllığın bolluğu, binaların rəngi, yeməklərin müxtəlif çeşidi, hər büdcəyə uyğun restoran, alış-veriş mərkəzlərinin olması, yerli məhsul sayının çox müxtəlifliyi, nəqliyyatın rəngarəng növləri, xüsusilə müasir tramvayların şəhərin nəqliyyat yükünün böyük hissəsini öz üzərinə götürməsi, metrobus, avtobus, polisin küçələrdə təhlükəsizliyin qorunması üçün silahlı müşahidəsi, bir-birindən gözəl memarlıq abidələrinin, xüsusilə də məscidlərin olması, küçələrdə sahibsiz heyvanların yerli baytarlıq mərkəzləri tərəfindən nömrələnməsi və insanların verdiyi qidalarla sağlam şəkildə yaşamaları, qağayıların çoxluğu və insanlara olan dost münasibəti. 

 


Bəyənmədiklərim: İlk baxışdan insanların yeriməsi üçün nəzərdə tutulan dar küçələrdə belə, iri və xırda avtonəqliyyat vasitələrinin hərəkəti, taksi qiymətlərinin turistlər üçün qeyri-rəsmi bahalığı, avtomobil sürücülərinin yöndəmsiz idarəetməsi, ümumiyyətlə avtomobillərin çoxluğu. 

 


İstanbulda olduğum müddətdə daha çox yerli mətbəxdən olan yeməklər daddım və hər birini də çox bəyəndim. Xüsusilə də buradakı günlərimin qidalanma hissəsinə türk pendirləri öz damğasını vurdu, "Qars kaşarı” "Keçi pendiri” "Lor” "Erzincan tulum” və bir neçə yerli pendir növlərindən daddım ki, hər birinin  başqa ləzətti var. Onların içərisində keçi pendirinin xüsusi yeri olduğuna diqqət çəkmək istəyirəm. Səfərimin ilk günü İstiqlal küçəsindəki məşhur Mid Point restoranında daddığım "Keçi pendiri salatı”nın dadı hələ də damağımdadır. 


Əlbəttə bunlar müşahidələrimin çox kiçik bir hissəsidir. İndi isə sizə - BakuPost-un oxucularına kameramın "gördüklərini” təqdim etmək istəyirəm:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər