Ru
22:30 / 18 Oktyabr 2017

Yevlaxda zəncirvari qəza - Yaralanan var

731
Mingəçevir–Xaldan marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yevlax ərazisində qəzaya uğrayıb.


BakuPost.az "Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Xaldan qəsəbəsi ilə Əkşəm kəndi arasında baş verib.


Qəfil qarşısına çıxan traktordan yayınmaq istəyən "Ford” markalı mikroavtobusu arxadan vuran "Mercedes” markalı minik maşını avtobusun traktorla toqquşmasına səbəb olub. Nəticədə xəsarət alan "Ford”un sürücüsü Elşən Qarayev xəstəxanaya yerləşdirilib.


Mingəçevirlə Yevlaxın Xaldan qəsəbəsi arasında daimi sərnişin daşıyan mikroavtobusda hadisə zamanı sərnişin olmayıb. Hadisədən az öncə son reysini başa vurmuş sürücü sərnişinləri dayanacaqda düşürdüb.


Qəza ilə bağlı araşdırma aparılır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər