Yol polisindən nümunəvi addım - VİDEO

2127
Azərbaycanda yol polisinin təqdirəlayiq addımını əks etdirən görüntülər yayılıb.

BakuPost xəbər verir ki, videonu jurnalist Aqşin Kamal Yayıb. Nərimanov rayonunda Xarici Dillər Universitetinin qarşısındakı yolda çəkilmiş videoda yol polisinin yolu keçmək istəyən azyaşlı qıza kömək etdiyi görünür. Belə ki, 99 YP 379 dövlət nömrə nişanlı polis maşınında xidmət aparan polis əməkdaşı ərazidə müşahidə apararkən bir qızcığazın yolu keçmək istədiyini görüb və avtomobili saxlayıb. Polis maşından düşərək qızın əlindən tutub və qarşı yola keçirib. Daha sonra isə qayıdaraq avtomobilə əyləşib və yoluna davam edib.

Həmin görüntüləri təqdim edirik:
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər