Ru
12:58 / 19 Yanvar 2018

“Öz ərizəsi ilə gedib” - AzTV-dən açıqlama

2562
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovanın işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirib.

 

Qurumun Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova "BakuPost”a açıqlamasında onun TV ilə yollarını ayırdığını təsqidləyib. Bildirib ki, M. Məmmədova işdən öz ərizəsi ilə ayrılıb: "Bəli, Mehriban xanım işdən çıxıb. Bir müddət əvvəl ərizə yazıb, işdən azad olunmasını xahiş edib. Şirkət də onun xahişini nəzərə alıb”.

 

"Mehriban xanım işdən azad olunma səbəbi kimi nəyi göstərib” sualına isə X. Qasımova "öz istəyi ilə gedən adamdır, mən niyə getdiyini dəqiq bilmirəm” deyə cavab verib.


Qeyd edək ki, "BakuPost” bu gün M. Məmmədovanın AzTv-də tutduğu vəzifədən azad edilməsi ilə bağlı informasiya yayıb.

 

Həmin yazını BURADAN oxuya bilərsiniz.

 

Onu da bildirək ki, M. Məmmədova ötən il prezidentin sərəncamı ilə jurnalistlər binasından ev alan mətbuat nümayəndələrindən biridir.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər