Ru
12:17 / 17 Noyabr 2017

Zaur Kamal məktəbli qıza elçi getdi - Qalmaqal qopdu /Açıqlama/ VİDEO

8648
Aparıcı Zaur Kamalın "5-də 5" verilişinin növbəti "Elçilik” rubrikası tənqidlərə səbəb olub.


BakuPost.az xəbər verir ki, aparıcı verilişdə 7-ci sinif şagirdinə elçi gedib. Qızın anası isə elçiliyə narazılıq edib və qızını ərə vermək fikrinin olmadığını deyib: "Qızım deyir ki, məni o oğlana ərə versəniz, özümü öldürərəm. Məktəbdə oxuyuram, evlənmirəm. Uşaqdır, onun arzuları var. Hələ belə şeylər fikirləşmir”.

 

Məlumat üçün bildirək ki, elçiliyə ağsaqqal kimi gitara ifaçısı Rəmiş də gedib.  ***
Məsələylə bağlı "Qafqazinfo”ya açıqlama verən Zaur Kamal verilişdən qabaq oğlan evinin onu aldatdığını bildirib:


"Mənə demişdilər ki, qızın 17-18 yaşı var. Hətta mən 17 olması ehtimalına da qarşı çıxmışdım. Dedilər ki, 17 olsa, gözləyərik. Biz o fikirlə Ağdama getdik. Qapıda qarşılayan anası qızın 15 yaşı var deyəndə əvvəlcə elə bildim, qızını verməmək üçün deyir. Sonra içəridə baxdıq ki, həqiqətən də yaşı az imiş və məsələni yarımçıq qoyduq. Oğlana dedim ki, aldadıldığım bir işə mən qol qoya bilmərəm. Sonra başqasına getdilər və oradan hə alınıb. Çəkilişin davamı bu gün efirə veriləcək. 


Efirdə də söyləyəcəm ki, məsələnin davamı necə olub, elçilik dayandırılıb”. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər