Ru
14:11 / 05 Noyabr 2018

- Tarif Şurası təklif gözləyir Zibil pulu artacaq

11162
Bərk məişət tullantılarının idarə edilməsi xidmətlərinə görə tariflər təkmilləşdiriləcək. 


BakuPost-un məlumatına görə, bu, "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”da əksini tapıb. 


Sənədə əsasən Tarif (Qiymət) Şurasına bu il sahə üzrə səmərəliliyin artırılması məqsədilə mərhələli şəkildə yeni tariflər tətbiq etmək tapşırılıb. 


Tarif (Qiymət) Şurasından BakuPost-a bildirilib ki, müvafiq qurumlardan yeni tariflərlə bağlı təkliflər hələ daxil olmayıb. 


Qeyd edək ki, Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarına əsasən bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərini təsdiqləyib. Qərara əsasən,  bərk məişət tullantılarının yığılması və daşınması əhali qrupunda 1 nəfər üçün aylıq 30 qəpik müəyyən olunub. Qeyri-əhali qrupunda bərk məişət tullantılarının yığılması və daşınması 1 kubmetr üçün aylıq 10 manat, 1 ton üçün 45 manat 50 qəpikdir. Bərk məişət tullantılarının zərərsizləşdirilməsi isə 1 kubmetr üçün 1 manat 20 qəpik, 1 ton üçün 5 manat 50 qəpikdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər