Ru
09:28 / 13 Dekabr 2017

“Özümə kənardan baxanda qorxuram” - Şahbaz Xuduoğlu “Çöl”də/ VİDEO

5007
Yayımlanmağa başlayandan sonra qısa vaxt kəsiyində geniş audutoriya toplamağa nail olan "Çöldə yaşam öyüdləri”  verilişinin növbəti qonağı "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu olub.

 

Verilişə gəlməklə "beton cəngəlliklərin” çölünə çıxmağı bacaran naşir niyə özünün çölünə çıxıb ordan şəxsinə baxmağa ehtiyyat etdiyini bu verilişdə açıqlayır. Verilişin müəllifi, rejissor  Eltən Qədimbəylinin "Şahbaz bəy sizə görə kimdir” sualına onun cavabı "arzularına çatmayan insan” deməsi verilişin ilk dəqiqələrindən naşirin özü, yaradıcılığı haqqında olan söhbəti tamaşaçı üçün daha maraqlı edir. Və verilişin irəliləyən dəqiqlərində onun arzularının həyata keçməməsinin səbəbləri bəlli olur.

 

Müsahib, həmçinin həyatının onun üçün şərəfli hesab etdiyi anlarını da "Çöldə yaşam öyüdləri”ndə bölüşür. Verilişin müəllifinin "Sizin naşir kimi tarix elminə münasibətiniz necədir? Ən sevdiyiniz tarixi şəxsiyyətlər kimlərdir?” sualına tanınmış naşirin çox maraqlı cavabı olub. 

 

Verliş boyu danışılan mövzulara maraqlı fikirlər bildirən yazarın fikrincə, valideyn övladını öz istəyinə görə deyil, onların istəyinə görə böyütməlidir. Əsaslandırılmış fikirləri dinləyəndə naşirə haqq qazandırmamaq mümkün deyil.

 

Səfalı təbiət mənzərələri ilə əhatələnən "çölçü obası”nda çəkilən veriliş ocaqda dəmlənən çölçü qəhvəsi ilə daha dada gəlir.

"Çöldə yaşam öyüdləri” verilişində "özünə çöldən baxmağa qorxan”  Şahbaz Xuduoğlu yaşadığımız toplumun çöldən ona necə göründüyünü danışır. Onun "özünə yanaşma” ilə bağlı olan fikirləri isə yaşamağı asanlaşdırmanın bir açarı ola bilər.

 

BakuPost.az həmin verilişi təqdim edir:



“Özümə kənardan baxanda qorxuram” - Şahbaz Xuduoğlu “Çöl”də/  VİDEO
“Özümə kənardan baxanda qorxuram” - Şahbaz Xuduoğlu “Çöl”də/  VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər