Ru
10:51 / 28 Sentyabr 2019

13 saylı cəzaçəkmə müəssisəsində dustaqlara işgəncə verilib? - Rəsmi açıqlama

13 saylı cəzaçəkmə müəssisəsində dustaqlara işgəncə verilib? -  Rəsmi açıqlama
Eye

Penitensiar Xidmət sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin dustaqlara işgəncə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BakuPost.az-ın məlumatına görə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov apa-ya açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: “Heç bir işgəncədən söhbət gedə bilməz. Nəinki 13 saylı cəzaçəkmə müəssisəsində, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində işgəncə faktı ola bilməz. Bu, çox absurd iddiadır. Hər bir cəzaçəkmə müəssisəsində “Qaynar Xətt” var. İşgəncəyə məruz qalan dustaq varsa, o “Qaynar Xətt”lə nəinki Penitensiar Xidmətə, daha yuxarı instansiyalara da müraciət edə bilər. Ora gələn müraciətlər dərhal yoxlanılır. Yenə də qeyd etmək istəyirəm ki, Penitensiar Xidmətin heç bir cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz”

Qeyd edək ki, sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun dustaqlara işgəncə verməsi ilə bağlı məlumatlar yayılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar