Ru
11:39 / 01 Avqust 2019

14 nəfər qidadan zəhərləndi

14 nəfər qidadan zəhərləndi
Eye

Bu ilin iyul ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 "Çağrı Mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub. 



AQTA-dan Bakupost-a verilən məlumata görə, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.



Qida zəhərlənmələri ilə bağlı agentliyə 41 müraciət daxil olsa da, onlardan yalnız 14-ü öz təsdiqini tapıb.



Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.



Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 121-i işə qəbulla, 638-i isə digər xarakterli müraciətlər olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar