Ru
16:01 / 18 İyul 2019

20 il əvvəl bibisini qaçıran şəxsi bıçaqlayan Ağayəhya polisə özü təslim olub?

1824

20 il əvvəl bibisini qaçıran şəxsi bıçaqlamaqda təqsirləndirilən Ağayəhya Abbasov cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Şabran rayon Polis İdarəsinin rəis müavini Laçın Hacıyev bildirib ki, hər iki tərəfi tanıyır: "Rayon camaatıdır, neçə illərdir, orada olmuşam, insanlarla işləmişəm. Məlumatı alan kimi işə başladıq. Məlumat daxil oldu ki, hadisəni törədən Ağayəhyadır. Tez bütün şəxsiyyətə məlumat verdik ki, Ağayəhya axtarılsın. Onun ailə üzvlərindən kiminsə mənimlə əlaqə saxlamasını istədim. Çünki onun təcili tapılması vacib idi. Rayon yeridir, hadisə, səs tez yayılır. Başqa problemlərin olmasının qarşısı alınmalı idi. Qardaşı Əşrəf mənə zəng elədi. Dedim ki, təcili Ağayəhyanı götürüb yanına gətir. Ağayəhyanın əli qan idi”.

 

Prokuror suallarından məlum olub ki, rəsmi sənədlərdə Ağayəhyanın polis tərəfindən keçirilən əməliyyatla saxlanıldığı qeyd edilib.


Amma polis rəisinin müavinin dediklərindən məlum olub ki, Ağayəhyanı polisə qardaşı təhvil verib.


Laçın Hacıyev bunu təsdiqləyib. Deyib ki, bu hadisə ilə bağlı ərazidə olub. Qardaşı ona zəng edərək Ağayəhya ilə polisə gəldiyini deyib.


Hakim də xatırladıb ki, Ağayəhyanın qardaşı Əşrəf də məhkəmədə eyni məzmunlu ifadə verib: "Əşrəf dedi ki, qardaşının belə bir hadisə törətdiyindən xəbər tutub. Laçın Hacıyevə zəng edərək məlumat verib və məsləhət almaq istəyib. Laçın Hacıyev də ondan qardaşını polisə gətirməsini istəyib".


Məhkəmə iclası ilyulun 19-da davam etdiriləcək.


Xatırladaq  ki, qətl hadisəsi ötən ilin iyul ayında Şabran rayonunda baş verib.


Ağayəhya Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

 

İlkin məlumata görə, qətl hadisəsinin baş vermə səbəbi tərəflər arasındakı şəxsi münaqişə olub. 

 

Belə ki, Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu atasının evinə qaytarıb. 

 

Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən zamandan sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən atasınım evinə qayıdıb. 


Bundan sonra  Ağayəhyanın ailəsində söz-söhbət yaranıb. O, Rəşid Əhmədovu 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu bıçaqlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər