Ru
00:15 / 20 Noyabr 2018

Azərbaycan nefti bahalaşıb

2493
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,85 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,23 dollar/barel çoxdur.


BakuPost xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,60 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 66,47 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 2,81 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər