Şamaxıda yenidən
vulkan püskürüb. BakuPost-un "Report"a istinadən məlumatına görə, təbiət
hadisəsi rayonun Kiçik Xınıslı kəndində baş verib.
Qeyd edək ki, bu, son
günlər baş verən növbəti təbii hadisədir. Belə ki, fevralın 13-də də Şamaxı
rayonunda vulkan püskürüb.
Təbii hadisə rayonun
dağlıq Quşçu kəndində qeydə alınıb.