Ru
09:13 / 16 Fevral 2019

Azərbaycan nefti bahalaşır

1847
 


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 66,16 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,31 dollar/barel çoxdur.


BakuPost Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,31 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,89 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 63,9 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər