Ru
09:35 / 16 Fevral 2019

Düşmən atəşkəs rejiminə əməl etmir - MN

1925
 


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.


Müdafiə Nazirliyindən BakuPost-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı, Cəfərli və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Abdinli, Füzuli rayonunun Qərvənd, Qorqan və Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər