Sumqayıtda 51 yaşlı kişi evində özünü asaraq öldürüb.
"BakuPost Report-a istinadən xəbır verir ki, hadisə Corat qəsəbəsində baş verib.
Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Məhərrəmov Tofiq Əlisa oğlu yaşadığı mənzildə özünü kəndirlə asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi hələ ki məlum deyil.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.