Ru
13:13 / 18 İyul 2019

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq - PROQNOZ

1485
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakupost-a verilən məlumata görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. 


Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə hava, əsasən, yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.


İyulun 19-20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər