Ru
14:12 / 18 İyul 2019

"İnstagram"dan daha bir yenilik

1781
"Instagram” sosial şəbəkəsində istifadəçilərin paylaşdıqları foto və videoların neçə nəfər tərəfindən bəyənildiyini görmək artıq mümkün olmayacaq.


"Habertürk” xəbər verir ki, "Instagram” bəyənmə sayını gizlətməyə başlayıb.


Bundan sonra istifadəçinin paylaşımının altında yalnız bir ad görünəcək və yanında bəyənmə sayının əvəzinə "başqaları” sözü yer alacaq. İstifadəçilər "başqaları” sözünə baxaraq paylaşımlarını kimlərin bəyəndiyini görə biləcəklər.


Məqsəd istifadəçilərin paylaşacağı fotoşəkil və videoların məzmununa daha çox diqqət yetirməsidir.


Yenilik hazırda 7 ölkədə - Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya və Yeni Zelandiyada sınaqdan keçirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər