Ru
09:10 / 14 Avqust 2019

23 nəfər istidən öldü

2318
Yaponiyadakı anomal istilər nəticəsində 23 nəfər həyatını itirib. Bundan başqa 13 min nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.


Bakupost "TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin FHN və təcili yardım xidmətinin funksiyalarını həyata keçirən Yaponiya Yanğından Mühafizə İdarəsi yayıb.


Qeyd olunub ki, təkcə ötən həftə ərzində 12 571 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.


Ölkə ərazisinin əksər hissələrində üzücü istilər hökm sürür, havanın temperaturu isə 39 dərəcədən yuxarını göstərir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər