27 yaşlı qadın özünü asdı - İki uşaq anasıdır / Yenilənib

1053
Xəbər verdiyimiz kimi, Salyan rayonunda iki uşaq anası intihar edib.

BakuPost bildirir ki, unikal.org hadisənin təfərrüatlarını əldə edib. 

Rayonun Xələc kəndində 1991-ci il təvəllüdlü Ülviyyə Hafiz qızı Əliyeva yaşadığı evdə özünü asaraq intihar edib. Ülviyyə Əliyevanın həyat yoldaşı Əliyev Natiq Taleh oğlu Qobustan rayonunda mühafizəçi işləyir. İntihar edən xanımın iki azyaşlı qızı var. Onlardan birinin 3, digərinin 5 yaşı var. Kənd sakinlərinin dediklərinə görə, Ülviyyə Salyana Hacıqabul rayonundan gəlin köçüb. Onlar 7-8 ildir ailəli imiş. İlkin məlumata görə, Ülviyyə Əliyevanın intihar etməsinə səbəb ailələrində qızıl zinət əşyaları üstündə mübahisə yaranıb. Belə ki, Natiq Əliyevin ailəsi gəlinlərinə toylarında hədiyyə etdikləri qızıllar 3-4 gündür yoxa çıxıb. Oğlanın ailəsi 27 yaşlı gəlinlərini qızılları atasıgilə verməkdə ittiham edib. Bundan sonra qadın yaşadıqları iki mərtəbəli evdə intihar edib. Gənc qadının asılmış vəziyyətdə olan meyiti səhər saatlarında ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib. Məlum olub ki, qadın özünü axşam saatlarında asıb. Ülviyyə Əliyevanın ərinin ailəsi onu Salyanda dəfn etmək istəsələr də qadının ailəsi buna razı olmayıb. Mərhum dəfn olunmaq üçün Hacıqabul rayonuna aparılıb. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

* * * 

Salyan rayonunda iki uşaq anası intihar edib.

BakuPost Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Ülviyyə Hafiz qızı Əliyeva yaşadığı evdə özünü asaraq intihar edib. 

Gənc qadının asılmış vəziyytədə olan meyiti səhər saatlarında ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib. Məlum olub ki, qadın özünü axşam saatlarında asıb. 

Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər