Ru
15:42 / 11 İyul 2019

Tanınmış polis polkovnikinin oğlludur - YENİLƏNİB ŞOK İNTİHAR:

9544

 

Bakının Nərimanov rayonunda özünü yaşadığı binadan atıb öldürən şəxsin kimliyi məlum olub. 

 

Bakupost.az-ın məlumatına görə, Orxan Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğludur.


 

Bildirilir ki, O.Ağayev idmanla məşğul imiş. O, cüdo üzrə Azərbaycan çempionu olub. O.Ağayev Polis Akademiyasının məzunu olub və təyinatla Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib.


**

15:33

 

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.


1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.


Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.


İntiharın səbəbləri hələlik məlum deyil.


Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
(apa)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər