Ağstafada törədilən cinayətdə ölən və yaralıların adları məlum oldu - FOTO - YENİLƏNİB

3223
Ağstafada kütləvi dava zamanı yaralananların adları məlum olub.

  Yaralanan şəxslər bunlardır:

1964-cü il təvəllüdlü Əhmədov Lilpar Baba oğlu;

1999-cu il təvəllüdlü Abdullayeb İbrahim Rasim oğlu;

1951-ci il təvəllüdlü İsayev Nüsrət Məhəmməd oğlu;

1961-ci il təvəllüdlü Həsənov Rəsul Abbas oğlu. (apa)

 
 
 
 
 ** 11:52
 
 Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub. 
Bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. 

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.(report)
 
 

** 11:41 
 
 
Ağstafadakı kütləvi dava zamanı 2 nəfərin saxlanıldığı deyilir.


Bakupost apa-ya istinadən bildiri ki, nəsillər arasındakı köhnə ədavət cəzaçəkmə müəssisəsindən yeni qayıdan şəxsə görə qızışıb.


 
 
 
 

** 11:25
Ağstafa rayonunda gülələnmə hadisəsi baş verib.

 Bakupost-un "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb. Belə ki, həbsdən yenicə çıxmış şəxs üç nəfəri güllələyərək öldürüb, daha bir neçə nəfəri isə yaralayıb.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər