Ru
13:57 / 16 İyul 2019

6 uşaq anası suda boğuldu - Azərbaycanda bədbəxt hadisə

1918
Astara rayonunda 48 yaşlı qadın su anbarında boğulub.


Hadisə rayonun Kijəbə qəsəbəsində yerləşən Lovayın su anbarında qeydə alınıb. 


Belə ki, rayonun Dürriyə kənd sakini Ağabacı Canhəsən qızı Məmmədova ehtiyatsızlıqdan su anbarına yıxılaraq boğulub. 


Qohumlarının dediklərinə görə, həyat yoldaşı ilə İran İslam Respublikasına getmək istəyən A.Məmmədova ayaqqabılarını və əl-üzünü yumaq üçün su anbarına gedib. Həyat yoldaşı Bəşir Əzizov isə onu yol kənarında 15 dəqiqə gözlədikdən sonra A.Məmmədovadan bir xəbər olmadığı üçün su anbarına gəlib. Suyun üzərində arvadının paltarını görən Bəşir Əzizov onun batdığını anlayıb və suya girərək cansız bədənini çıxarıb. Meyit aidiyyəti üzrə təhvil verilib.


Qeyd edək ki, 1971-ci il təvəllüdlü A.Məmmədova 6 övlad anası idi. Bu, Lovayın su anbarında son iki il ərzində 6-cı boğulma hadisəsidir.

(report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər