Ru
23:49 / 19 Avqust 2019

Abşeronda yol qəzasında 4 nəfər yaralandı

4250
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BakuPost APA-ya istinadən  xəbər verir ki, minik avtomobilinin qəzaya uğraması zamanı maşında olan 4 nəfər - 1982-ci il təvəllüdlü Məmmədov Samir Ali oğlu, 1992-ci il təvəllüdlü Rəhimov İntiqam Məhərrəm oğlu, 1992-ci il təvəllüdlü Aslanov Samir Aslan oğlu və 1987-ci il təvəllüdlü Babayev Babək Nazim oğlu yaralanıb. Xəsarət alan 4 nəfər təcili olaraq xəstəxanaya çatdırılıb. S.Məmmədova döş qəfəsinin və qarının küt travması, İ.Rəhimova boyunun əzilməsi, S.Aslanova qarının küt travması, B.Babayevə isə döş qəfəsinin küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər