“Ad günün mübarək, Nigar. Qonşumuzun qaniçən Ermənistan olduğuna bağışla bizi”.
“BakuPost” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Dinc sakinlərin/uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində öldürülüb”, - o qeyd edib.