Ru
17:42 / 25 İyun 2019

"Ermənilərin atəşi nəticəsində əhali təsərrüfatla məşğul ola bilmir" Ağdamın icra başçısı:

2130
 

"Erməni hərbiçilərinin cəbhə kəndlərini atəşə tutması nəticəsində dinc əhali təsərrüfat işləri ilə məşğul ola bilmir".


BAKUPOST xəbər verir ki, bunu Ağdam rayon icra başçısı Vaqif Hüseynli ATƏT təmsilçiləri ilə görüşdə deyib.

 

Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller və ( YSPQ) nümayəndəsi polkovnik leytenant Harris O' Konnor Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüblər.


Ağdam Rayon İcra Hakimiyyətində keçirilən görüşdən sonra mətbuata açıqlama verən icra başçısı Vaqif Həsənov bildirib ki, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində cəbhə xəttində yaşayan dinc əhali böyük problemlərlə üzləşir.


Rayon rəhbəri V. Həsənov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir.


V. Həsənov qeyd edib ki, sonuncu monitorinqin keçirildiyi 2019-cu ilin Fevral ayından indiyədək atəşkəs rejimi 161 dəfə pozulub. Ötən monitorinqin keçirildiyi istiqamətdə əsasən Çıraqlı, Mirəşəlli kəndləri mütəmadi olaraq iriçaplı silahlardan atəşə tutulub. 


Qeyd edək ki, cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
 "Ermənilərin atəşi nəticəsində əhali təsərrüfatla məşğul ola bilmir" Ağdamın icra başçısı:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər