AFFA-da təcili iclas: Rövnəq Abdullayev baş məşqçidən hesabat tələb etdi

384
 
Dünən Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya biabırçı şəkildə məğlub olan millimizin oyunundan sonra AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

Bakupost.az-ın xəbərinə görə, milli komandanın baş məşqçisi Nikola Yurçeviçin də iştirak etdiyi iclasda komandanın son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.

Qeyd edək ki, milli komandamız seçmə mərhələdə Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzaraq qrupda sonuncu yeri tutur.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər