Ru
10:11 / 30 Aprel 2022

Ağız boşluğu şişlərinin ilkin əlamətləri

Ağız boşluğu şişlərinin ilkin əlamətləri
Eye

Xərçəng şişləri ağız boşluğu ilə yanaşı, damarda da olur.

Çox zaman insanlar bunları damaq xəstəliyi, dişlərlə səhv salır.

Bakupost.az xəbər verir ki, onkoloq həkim Barak Larian ağız boşluğu xərçənginin əsas əlamətlərini sadalayıb.


"Ağızda yaralar, iri xoralar, dişlərin dibindən boşalıb düşməsi təhlükəli xəstəliyin əlaməti ola bilər.


Baxmayaraq ki, ağız boşluğundakı bütün xoralar xərçəngönü vəziyyət deyil, amma onların peyda olması xəstəni şübhələndirməlidir.
Dildə ağ-qırmızı ləkələr, ağız içində ağ ləkələr, damaqda xoralar bədhüceyrələrin anomal çoxalmasını göstərir. Bunların bədxassəliyə çevrilmə şansı çoxdur.


2-3 həftə ərzində getməyən, sağalmayan vəziyyət zamanı həkimə müraciət edin.


Siqaret çəkənlərin ağzında bozumtul ağ ağrı verən düyüncüklər də təhlükəlidir.


Damağın içində kökündən oynayan, tərpənən, laxlayan dişlər, udmada çətinlik, səsin dəyişməsi, çənədə və qulaq hissədə ağrı, şişkinlik boğaz və ya ağızda şişdən ola bilər.


Belə hallarda yubanmadan müayinələrə getmək lazımdır".

Aygün Musayeva
BakuPost

Şərhlər
  • Isa qasimov

    Salam menim damagimda 1.2 yada 3 ay olar ki şiş var o getmir neyin elameti olar xerceng ola biler he onuda deyim ki agzimda bir dene curuk disde var idi cixartdirdim 3 gundu amma yenede şişorda var hetda 2 denede yaranib hekimede evvel getdim deyirdi dis cixandan sonra gedecek amma getmedi

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar