Ailəsinin zorla ərə verdiyi 18 yaşlı qızın DƏHŞƏTLİ SONU - ƏRİ MAĞAZADA DEŞİK-DEŞİK ETDİ

635
 
Arvadını öldürməkdə ittiham edilən 1993-cü il təvəllüdlü Elsevər Qurbanzadə məhkəməsi bitib.

Bakupost.az-ın məlumatına görə, ittihamda bildirilir ki, 2017-ci il dekabrın 19-da Gəncə şəhərinin Nizami rayonu ərazisində yerləşən "Əminə" supermarketində Elsevər Qurbanzadə arvadı, 18 yaşlı Sevinc Quliyevaya çoxsaylı bıçaq zərbələri vurub.

Sevinc Quliyeva işlədiyi marketin işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, Sevinc Quliyevanı valideynləri onu həddi-buluğa çatmamış ərə verib. Valideynləri onu bu evliliyə məcbur ediblər. Bu səbəbdən də nikah rəsmiləşdirilməyib.

Elsevər Qurbanzadə ilə birlikdə yaşadıqları müddətdə cütlük arasında tez-tez münaqişələr baş verirmiş. Nəticədə Sevinc Quliyeva ərindən ayrılaraq ata evinə qayıdıb.

Elsevər Qurbanzadə isə bunu özünə qarşı təhqir hesab edərək arvadını cəzalandırmaq qərarına gəlib.

Bu məqsədlə dekabrın 19-da özü ilə bıçaq götürən Elsevər Qurbanzadə arvadının işlədiyi marketə gəlib, ona çoxsaylı bıçaq zərbələri vurmaqla, cinayət əməlini başa çatdırıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Elsevər Qurbanzadə Sevinc Quliyeva ilə yetkinlik yaşına çatmadığı zaman intim əlaqədə olub.

Bu səbəbdən ona adam öldürməkdən əlavə, yetkinlik yaşına çatmayan Sevinc Quliyeva ilə intim əlaqədə olmaq ittihamı da verilib.

İstintaq orqanı tərəfindən Elsevər Qurbanzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Elsevər Qurbanzadə özünü özünü qismən təqsirli bilib. O deyib ki, Sevinc Quliyevanı xüsusi amansızlıqla öldürmək niyyəti olmayıb.

Valideynlərinin məsləhəti ilə Sevinc Quliyeva ilə ailə qurduğunu deyən Elsevər Qurbanzadə bildirib ki, arvadının ondan xəbərsiz evdən getməsinə əsəbiləşib: "Bu səbəbdən onu cəzalandırmaq qərarına gəldim. Bu məqsədlə Sevincin işlədiyi marketə getdim. Onu evə qayıtmağa yola gətirmək istədim. Amma o, öz bildiyini dedi. Mən də bıçaqla vurdum".

Təqsirləndirilən şəxs ailə həyatı quran zaman yetkinlik yaşına çatmayan şəxslə intim əlaqədə olmağın cinayət olduğunu bilmədiyini deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Qurbanzadə 20 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsində onun cəzası dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmədə cinayət işi hakim Hafiz Nəsibovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər