Ru
14:13 / 02 Sentyabr 2020

“Akademik” məqalələr necə və kimlər tərəfindən yazılır?

“Akademik” məqalələr necə və kimlər tərəfindən yazılır?
11456



Dünyada belədi ki, akademik, yəni elmi məqalələri alimlər yazır. Bu yazılar nüfuzlu indeksli jurnallarda çap olunaraq elmi dövriyəyə buraxılır.


Azərbaycanda akademik adı bir qayda olaraq konyukturanını verdiyi siyasi qərar olduğundan bizdə elmi məqalələrin də yazılmasının öz standartları var.

Konkret misallara keçək.

Bir ildə 106 məqalə yazdığını və hər məqaləyə 20 dəqiqə vaxt sərf elədiyini səmimi etiraf edən BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun iş təcrübəsini əsas götürərək, akademik məqalə istehsalına aydınlıq gətirək.

Sitatı olduğu kimi təqdim edirəm: “Keçən il xaricdə mənim 106 məqaləm çıxıb. …mənim elmi məktəbim, 30-a yaxın işçim var, 20 aspirantım var. Onların hər birinə 5 dəqiqə ağıllı yol göstərən kimi səhərə qədər yazıb gətirirlər, yoxlayıram. Yəni bir elmi məqaləyə 20 dəqiqə sərf edirəm” (https://lent.az/news/56369?fbclid=IwAR1TWAye_3FkzBTFsX5Yj8bg_IMXn4Ku0xI7SnpGW4Sc9XtftLFI1aT1f_A) . Başqa sözlə desək, akademik 20 dəqiqə ərzində zavallı aspirantların məqaləsinin üstünə yalnız öz adını yazırmış.
Abel müəllim xırda adamdı, keçək dövrümüzün absurd teatrının növcavan qəhrəmanına.

Ramiz Mehdiyev imzasıyla təqdim olunan yazıların hamısının orjinalı birmənalı qayda da rus dilində olub. Yazılar əvvəlcə Şaumyanın, Mirzəyanın mətbu irsi olan və Mehdiyevin səyləri nəticəsində bu günümüzə qədər sürünüb gələn “Bakraboçi” qəzetində çap olunub, bir həftə sonra isə rəsmi mətbuatda Azərbaycan dilində tirajlanıb. Yazının akademik səviyyəsini qaldırmaqdan ötəri Prezident Adminstrasiyasının demək olar ki, əksər şöbələri məqalənini içini hərə öz sahəsinə uyğun terminlərlə nə qədər desən doldurardı.
Maraqlıdır ki, Mehdiyevin son məqalələrində sivil filosflardan iqtibaslara rast gəlinmir. İndi o, əksinə Qurandan, imamlardan danışır, axırıncı yazısı isə şeirlə başlayır. Bundan sonrakı məqaləsini, ümumiyyətlə, şeirlə yazması da istisna edilmir. Yazıda birinci şəxsin təkində qurulmuş cümlələr əsl müəllifin və ya müəlliflərin üslubunu gizlədə bilməyib. Yazılar siyasi, fəlsəfi yox, filoloji təfəkkürün məhsuludu. “Akademik” imzası arxasında gizlənmiş yeni mirzələr briqadasının arxaik bədii-publisistik üslubu çoxlaırna tanışdı.

Nəhayət.

Sizə bir məsələ verim: Əgər xırda adam Abel Məhərrəmov bir ilə 106 məqalə yazır və hər məqaləyə 20 dəqiqə vaxt sərf edirsə, ondan böyük akademik Ramiz Mehdiyev bu sürətlə hər aya neçə məqalə yazdıra bilər və hər məqaləyə neçə dəqiqə vaxt sərf edər?
Cavabı tapana bəribaşdan təşəkkürlər!

Natiq Məmmədli

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar