Ru
18:29 / 20 Fevral 2019

AMEA-nın magistraturasına qəbulun müsahibə mərhələsi ləğv olundu

1843
 


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.


Bu barədə BakuPost-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 


Bildirilib ki, Akademiya rəhbərliyi AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsinin ləğv olunması ilə bağlı DİM-ə müraciət edib. Müraciətdə ötən 4 il ərzində keçirilən müsahibələr və onların nəticələri, müsahibə komissiyasının qiymətləndirməsi ilə bakalavrların DİM tərəfindən keçirilən imtahanlarda topladıqları balların uyğunluğu və nəticədə AMEA-nın magistraturasına yüksək bal toplayanların qəbul olunduğu vurğulanıb. Hesab edilir ki, artıq AMEA-nın magistraturasının məqsəd və vəzifələri, onun yüksək reytinqi və tədris prosesinin ciddiliyi barədə universitet tələbələri və ictimaiyyət kifayət qədər məlumatlıdır və iddiaçıların təsadüfi seçimləri istisna olunur.


Bu təklif nəzərə alınaraq AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.


AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər digər bakalavrlar kimi ümumi qaydada magistraturaya qəbul imtahanının hər iki mərhələsində iştirak edərək müsabiqə şərtlərini ödədikləri halda ixtisaslaşma seçimi edəcəklər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər