B. İsmayıl
Bakupost.az -a açıqlamasında xəbər təsdiqləyib.
Bildirib ki, istefasının səbəbi partiya başqanının borc qalmaqalıyla bağlı deyil: “istefam şəxsi işlərimlə bağlıdır. Mən partiyanın birinci müavini olmuşam. Maliyyə məsələlərindən xəbərim olmayıb. Hər kəs bir-birindən borc ala bilər. Seçki dövründə nə pul alınıb, xəbərim yoxdur”.
B.İsmayıl A. Əsədlinin ona borclu olması barədə xəbəri də təkzib edib.
Qeyd edək ki, AY sədri A. Əsədli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
Buna səbəb A.Əsədli barəsində edilən şikayət göstərilib. Bildirilib ki, şikayətdə onun külli miqdarda pul alıb qaytarımadığı yazılıb.
Məsələ ilə bağlı partiyanın yaydığı bəyanatda isə bunun şər-böhtan olduğu bildirilib. Qeyd olunub ki, bütün bunlar partiyanın fəaliyyətinə mane olmaq cəhdidir.
Mövzunu davam etdirəcəyik...
Azər
BakuPost