Ru
12:51 / 24 İyun 2019

Anasının qızıllarını oğurlamaq istədi, 67 yaşlı nənəsini öldürdü - TƏFƏRRÜAT

1766
 

67 yaşlı nənəsini qətlə yetirməkdə təqsirləndirilən 18 yaşlı Nihad Muradovun məhkəməsi bitib.


Bakupost.az-ın məlumatına görə, ittiham aktında bildirilir ki, N. Muradov Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivindəki evdə anası Vəfa Seydəliyevaya məxsus qızıl-zinət əşyalarını götürüb sataraq özünə telefon almaq istəyib. Bu məqsədlə evlərində qızılların olduğu otağa girib. Otaqda isə həmin ərəfədə onlara qonaq gəlmiş nənəsi Seydəliyeva Xaccabəyim Məhəmməd qızı yatıbmış. 


N.Muradov burada televizorun altlığındakı mücrünü götürüb içərisində olan əşyaları yerə boşaldaraq içərisindən ümumilikdə 1632 manat dəyərində dörd ədəd qızıl üzüyü, bir ədəd qolbağı, bir cüt sırğanı və 100 manat pulu götürmək istəyib.


Bu zaman nənəsi Xaccabəyim Seydəliyeva yuxudan oyanıb. Nənəsi götürdüyü qızıl-zinət əşyalarını yerinə qoymasını tələb edib. Aralarında mübahisə yaranıb. Nihad Muradov yatdığı otağa qayıdıb. Xaccabəyim Seydəliyeva onun dalınca gələrək anasının və özünün ünvanına nalayiq ifadələr işlədib. Qadın tələb edib ki, Nihad götürdüyü qızılları və pulu yerinə qoysun. 


Nihad Muradov yatağının altında bıçaqla nənəsinə 8 dəfə zərbə vurub. Qadın aldığı xəsarətlə hadisə yerində keçinib. 


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə məlum olub ki, təqsirləndirilən şəxs hadisəni törədəndə 18 yaşına çatmadığı üçün ona bu cür yüngül cəza verilib.  Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər