Ru
12:41 / 27 İyun 2019

Angela Merkelin vəziyyəti qəfildən pisləşdi – Prezidentlə görüşdə - VİDEO

1553
Almaniya kansleri Angela Merkel növbəti dəfə rəsmi görüş zamanı  özünü pis hiss edib.


Almaniya prezidenti Frank Valter Ştaynmayerin rəsmi qəbulunda olan zaman Merkel anidən titrəməyə başlayıb.


BakuPost NTV kanalına istinadən bildirir ki, Merkel bir dəqiqə ərzində qəfil gələn titrəyişi aradan qaldırmaq üçün dəfələrlə əllərinin vəziyyətini dəyişib



Hətta Merkelə bir stəkan su təklif edilib, o, isə suyu içməkdən imtina edib.



Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti  Merkelin özünü yaxşı hiss etdiyini və G- 20 sammiti üçün Yaponiyaya səfərə hazırlaşdığını bildirib.



Qeyd edək ki, bir müddət əvvəl də buna bənzər hadisə olmuşdu. Belə ki, Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə Berlində keçirilən görüşdə havanın kəskin isti olması səbəbindən özünü pis hiss etmişdi.


Ülviyyə Mirzəyeva

 BakuPost


 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər