Ru
18:00 / 18 İyul 2019

Antisanitar şəkildə fəaliyyət göstərən sex aşkarlandı - FOTOLAR

2342
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 "Çağrı Mərkəzi”nə Bərdə rayonu, Koroğlu küçəsində fəaliyyət göstərən bağırsaq emalı sexində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilməməsi barədə müraciət daxil olub.


Bakupost xəbər verir ki, daxil olan məlumat əsasında AQTA əməkdaşları həmin sexdə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb. Məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir.


Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.


Sexdə bütün proseslərin bir otaqda həyata keçirildiyi, istifadə olunan xammalın sağlamlığını təsdiq edən sənədlərin olmadığı, burada çalışan işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi aşkar olunub.


Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Antisanitar şəkildə fəaliyyət göstərən sex aşkarlandı -  FOTOLAR
Antisanitar şəkildə fəaliyyət göstərən sex aşkarlandı -  FOTOLAR
Antisanitar şəkildə fəaliyyət göstərən sex aşkarlandı -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər