Ru
14:31 / 15 İyul 2019

Aqşin Yenisey ilahiyyatçı Elşad Mirini riyakarlıqda ittiham etdi - FOTO

9950
Tanınmış şair Aqşin Yenisey "Facebook"da yazdığı statusda ilahiyyatçı Elşad Mirini gəncləri yanlış yönləndirməkdə ittiham edib.


Bakupost xəbər verir ki, şair ilahiyyatçını gənclərin beynini dinlə yumaqda qınayıb və 


"Dostumuz Elşad Miri ilə ANS-dəki debatımız yəqin ki, çoxlarının yadındadır. Mən deyəndə ki, Səudiyyə Ərəbistanında universitet yoxdur, dindar qardaşımız az qaldı studiyanı partlatsın. Bayaq bir dostumuz Mirinin övladının ABŞ universitetlərinin birinə yola salarkən çəkdirdiyi şəkli atıb mənə ki, bu da o debatın axırı. Gənc tələbəyə uğurlar arzu edib demək istəyirəm ki, düzgün seçim edib. Son 500 ildə islam dünyası heç bir yeni ideyaya imza atmayıb, belə görünür heç 500 il bundan sonra da atmayacaq. Sadəcə, öz övladınızı ABŞ-a oxumağa göndərib, başqalarının övladının beynini dinlə yumağa, ən azı, ata olaraq heç birimizin haqqı yoxdur" yazıb.



Xatırladaq ki, E.Miri ilə Aqşin Yeniseyin bir neçə il öncə ANS-dəki debatı böyük səs-küyə səbəb olmuşdu.


Aqşin Yenisey ilahiyyatçı Elşad Mirini riyakarlıqda ittiham etdi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər