Arvadını iplə boğub öldürən şəxs MƏHKƏMƏDƏ

319
 
Arvadını iplə boğub öldürməkdə ittiham edilən Müsəddiq Əliyevin məhkəməsi başlayıb.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 30-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü M.Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. Hadisəni törədən M.Əliyev tutulub.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər