Ru
17:04 / 24 İyun 2019

ASAN Beynəlxalq Assosiasiyası yaradılacaq

1949


ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi
imzalanıb. BakuPost xəbər verir ki, bu gün Bakıda təşkil olunan BMT-nin Dövlət
Xidmətləri Forumu çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq
Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb.


ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasının təşəbbüskarı
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyidir.


Sənədi Mərakeş, Monteneqro, İndoneziya Əfqanıstan, Türkiyə, Uqanda, Azərbaycan və
Birləşmiş Ərəb Əmirliyinin nümayəndələri imzalayıblar.


ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə tərəfdaşlar
arasında dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın
qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib
problemləri müzakirə etmək üçün ekspert, mütəxəssislərin institusional şəbəkələşməsinin
yaradılması nəzərdə tutulur.


Assosiasiyanın yaradılmasına dair Niyyət Bəyannaməsi çərçivəsində,
həmçinin müvafiq sahə üzrə ən qabaqcıl təcrübələrin və ekspertizaların davamlı
mübadiləsi üçün institusional platforma təsis olunacaq, dövlət xidmətlərinin
göstərilməsində innovasiyaların tətbiqinin təşviqi həyata keçiriləcəkdir.


Niyyət Bəyannaməsinin imzalanmasında iştirak edən tərəfdaş
dövlətlərin nümayəndələri Dövlət Agentliyinə ASAN Beynəlxalq Assosiasiyasının Təsis
Görüşünü təşkil etdiyinə minnətdarlıqlarını çatdırıb, bu təşəbbüsün müstəsna əhəmiyyətini
vurğulayıblar.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər