Ru
20:50 / 15 İyul 2019

Ağstafada ağır qəza: Ölən və yaralanan var

2165
Ağstafa rayonunda yol qəzası baş verib. BakuPost  "Report"a istinadən xəbər verir ki, hadisə Yuxarı Göycəli kənd ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Qazax rayon İkinci Şıxlı kənd sakini, 1991-ci il təvəllüdlü İsmət Mahmud oğlu Hacıyev ölüb. Onun həmyerliləri - 1991-ci il təvəllüdlü Nicad Rafiq oğlu Şamxalov və 1994-cü il təvəllüdlü Fuad Elman oğlu Məmmədov isə müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər