Ru
23:38 / 20 Fevral 2019

ATƏT-in Minsk Qrupunun həmsdərləri Ermənistanda

2751
 

Bu gün Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsdərləri Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşüb.

 

 BakuPost-un məlumatına görə, həmsədrlər - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə Mnatsakanyanın görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə edilib. Tərəflər gələcəkdə atılacaq addımlar barədə fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, bundan öncə həmsədrlər Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. 



İrəvandan sonra həmsədrlər Bakıya gələcəklər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər