Ru
21:24 / 11 İyul 2019

Avropa Məhkəməsi Yanukoviç barədə sanksiyasını ləğv etdi

2297
Avropa Məhkəməsi  Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və komandasına tətbiq etdiyi sanksiyanı ləğv edib. BakuPost xəbər verir ki, qərar 2016-2018-ci illərdə tətbiq edilən məhdudiyyətlərə aid edilir. Bu siyahıya Ukraynanın keçmiş vergilər və gəlirlər naziri Aleksandr Klimenko, Milli Bankın keçmiş başçısı Sergey Arbuzov, keçmiş baş prokuror Viktor Pşonka və oğlu Artyom, Yanukoviçin prezidentliyi dövründə administrasiyanın başçısı Andrey Klyuev, eləcə də keçmiş prezidentin oğlu Aleksandr Yanukoviç daxildir. "Report” xatırladır ki, V.Yanukoviç 2010-2014-cü illərdə Ukraynanın prezidenti olub. 2014-cü ildə etiraz aksiyalarında səslənən tələblərrdən sonra istefa verib. Ukraynada ona qarşı bir neçə məsələ üzrə cinayət işi başlanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər