Ru
15:31 / 22 Aprel 2021

Avropa Məhkəməsinin Əvəz Zeynallı ilə bağlı QƏRARI - Sifarişlə həbs edilib

Avropa Məhkəməsinin Əvəz Zeynallı ilə bağlı QƏRARI -  Sifarişlə həbs edilib
3883

“Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi vəkili olduğum jurnalist Əvəz Zeynallının 2011-ci ildə sifarişlə həbs edilməsi ilə bağlı qərarını elan etdi”.

Bakupost.az xəbər verir ki, bunu Ə.Zeynallının vəkili Elçin Sadıqov deyib.

O bildirib ki, məhkəmə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5§3, 6§1, 6§3(d), 8 və 10-cu maddələrinin pozuntusunu tanıyıb: “Artıq bu qərardan sonra Ali Məhkəmə Əvəz Zeynallıya bəraət verməli və vurulmuş mənəvi, maddi zərərə görə kompensasiya ödəməlidir”.

Qeyd edək ki, “Xural.com” saytının baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbs olunub. Jurnalist külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham edilərək 9 il azadlıqdan məhrum edilib.

O, 2014-cü ilin 29 dekabrında imzalanan əfv fərmanı ilə azadlığa çıxıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar