Avropaya Qarabağ atları ixrac edilir

554
Qarabağ atçılıq kompleksi ildə 25-dək at ixrac etməyi planlaşdırır.

Modern.az  xəbər verir ki, bu barədə "Qarabağ atçılıq zavodu” MMC-yə istinadən məlumat verir.

Əsas idxalatçılar Almaniya, Fransa və Böyük Britaniya kimi Qərbi Avropa ölkələri olacaq.

Müəssisənin direktoru Maarif Hüseynov bildirib ki, hazırda müəssisədə 245 baş Qarabağ atı var.

O əlavə edib ki, Qarabağ atlarının sayının artması təbii xarakter daşıyır və illik 50 baş təşkil edir. Hazırda Qarabağ atları ixrac olunmur.

Qeyd edək ki, Qarabağ atçılıq kompleksi 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq kəndində fəaliyyət göstərir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər